Mahmud Abbas KQB agenti çıxdı


18:46     08 Sentyabr 2016 EB98C925-D77A-4276-AF01-E73B2EED1F80_mw1024_s_n.jpg

O, “Köstəbək” kod adıyla fəaliyyət göstərilirmiş.


Femida.az `Foxnews`a istinadən xəbər verir ki, bu barədə İsrail telekanalına müsahibəsində Yerusəlimdə yerləşən Yəhudi Universitetinin əməkdaşları bildirib.

Universitetin əməkdaşları Qideon Remez və İzabella Qinor məşhur “Mitroxin arxivi”ni tədqiq edəndən sonra bu qənaətə gəliblər. Adıgedən arxiv keçmiş KQB əməkdaşı Vasili Mitroxin tərəfindən Böyük Britaniyaya qaçırılmış sənədlər toplusundan ibarətdir. Həmin sənədlərdə KQB ilə əməkdaşlıq edən əcnəbi vətəndaşlar arasında 1935-ci ildə Fələstində anadan olmuş Mahmud Abbasın da adı keçir. Mahmud Abbasın Suriyanın paytaxtı Dəməşqdə KQB sıralarına cəlb edildiyi bildirilir. Həmin vaxt o, Fələstin Azadlıq Təşkilatının Dəməşqdəki qərargahının əməkdaşı imiş.

Femida.az

Açar sözlər:

Oxunub: 1366