Fermerlərə 80 milyonluq yardım
02:36 09 Sentyabr 2016
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyası 60 rayon (şəhər) üzrə 385 247 istehsalçıya 1231262,24 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82372618,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Femida.az nazirliyin saytına istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev komissiyanın iclasında məlumat verib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına həmin yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Eyni zamanda iclasda 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqroline Group” MMC, “MKT İK” MMC, “EKO Trade” MMC tərəfindən 70 faiz güzəştlə 5019 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 46 074,25 hektara görə 9837056 kq mineral gübrə üçün 4281166,86 manatın, həmçinin 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “EMA” MMC, “Aqrico” MMC tərəfindən 70 faiz güzəştlə 2413 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 35649,81 hektara görə 15905,22 kq pestisid üçün 347342,94 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Respublika Komissiyası qərar qəbul edib.
Femida.az
Oxunub: 1225
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda