Ermənistana yeni baş prokuror təyin edildi


14:57     09 Sentyabr 2016 azvision%20irevan.jpg

Ermənistanın yeni baş prokurorunun adı açıqlanıb.


Femida.az “Aykakan jamanak”a istinadən xəbər verir ki, ölkənin yeni baş prokuroru bundan öncə müavin işləyən Artur Davtyandır.

“Avqustun 4-də Qevork Kostanyanın istefasından sonra Davtyan müvəqqəti baş prokuror təyin olunmuşdu. Lakin həmin gün o vəzifədən çıxarılıb və müavini Armen Arutyunyan onun postuna gətirilib”, - deyə qəzet yazır.

Məsələ bundan ibarətdir ki, Artur Davtyan bu vəzifəyə təyin edilərkən “Prokurorluq haqqında” qanuna əməl edilməyib. Belə ki, bu qanuna əsasən baş prokuror səlahiyyətlərini yaşca ən böyük müavin icra etməlidir.

Açar sözlər:

Oxunub: 1179