Əmanətçilərə 252 milyon ödənilib
20:07 10 Sentyabr 2016
Əmanətlərin Sığortalanması Fondu sentyabrın 9-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 30 milyon 198 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 43 milyon 906 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 16 milyon 800 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə 2 milyon 763 min manatdan artıq kompensasiya ödəyib.
Əmanətlərin Sığortalanması Fondundan Femida.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 93 milyon 667 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 13 milyon 673 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 12 milyon 146 min manatı "Atrabank"ın, 1 milyon 527 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 925 min 721 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 723 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 739 min manatdan çoxdur.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 252 milyon 079 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Femida.az
Oxunub: 1202
Oxşar xəbərlər
- Əmanətçilərə 711 milyon kompensasiya ödənilib
- Əmanətçilərə 691 milyon ödənilib
- Əmanətçilərə 651 milyon pul verilib
- Əmanətçilərə 498 mln kompensasiya ödənilib
- Əmanətçilərə 460 milyon ödənilib
- Əmanətçilərə nə qədər pul verilib?
- Əmanətçilərə 285 milyondan çox pul verilib
- Əmanətçilərə 273 milyon ödənildi
- Əmanətçilərə 232 milyon ödənildi
- Əmanətçilərə 27 milyon ödənildi