Baku Chess-2016: IX turun oyunları keçirilib


03:30     12 Sentyabr 2016 14729906724186840802_1000x6695.jpg

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IX turun oyunları keçirilib.



Femida.az -ın məlumatına görə, kişilərdən ibarət əsas millimiz Rusiyaya, kinci yığmamız isə Vyetnama uduzub. Üçüncü komandamız isə Hondurasa qalib gəlib.

IX turda qadınlardan ibarət əsas millimizin rəqibi isə Ukrayna olub. Xanımlarımız da məğlubiyyətlə barışmalı olublar. İkinci komandamız da Fransa ilə oyunda eyni aqibəti yaşayıb. Üçüncü yığmamız isə Əlcəzairlə xalları yarı bölüb.

Bakı Şahmat Olimpiadası
IX tur
Kişilər

Azərbaycan-1 – Rusiya - 0.5:2.5
Vyetnam – Azərbaycan-2 - 2.5:1.5
Honduras – Azərbaycan-3 - 1:3

Turnir cədvəli: 1.ABŞ - 14 xal, 2.Hindistan - 14, 3.Ukrayna - 14, 4. Rusiya – 13,5.Azərbaycan-1 - 13, ...19.Azərbaycan-2 - 11, ...86.Azərbaycan-3 - 8.

Qadınlar

Ukrayna – Azərbaycan-1 - 3.5:0.5
Fransa – Azərbaycan-2 - 3:1
Əlcəzair – Azərbaycan-3 - 2:2

Turnir cədvəli: 1.Çin - 14 xal, 2.ABŞ - 14, 3.Polşa - 13, ...10.Azərbaycan-1 - 12, ...18.Azərbaycan-2 - 11, ...28.Azərbaycan-3 - 10.

Açar sözlər:

Oxunub: 887