Həccə gedənlərin sayı azalıb


22:39     12 Sentyabr 2016 hecc9.jpg

Zilihhəcə ayının 8-də (09 sentyabr 2016), əlamətdar Tərviyə gününə müvafiq gələn cümə günündə 1,5 milyon zəvvar Hərəmeyni-Şərifdə Cümə namazına qatılıb.


Ehram geyimlərində namazda iştirak edən zəvvarlar bu gecə Ərəfə gününü qeyd edəcəklər. Mənbələr zəvvar sayının ötən ilə nisbətən 2 dəfə azaldığını qeyd edir.

Xatırladaq ki, ötən il Həcc zəvvarlarının sayı 3 milyon nəfərə yaxın olub. Son Həcc mərasimində Mina faciəsinin yaşanması, zəvvarların təhlükəsizliyinin təmin edilməməsi, Səudiyyə Ərəbistanının Yəmən təcavüzü və sair terror aktlarında adının keçməsi zəvvarların sayına ciddi təsir etdiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 768