Avqustda orduya 641 min manat pul köçürülüb


15:41     13 Sentyabr 2016 1438596809_8hlwep8o.jpg

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqust ayında fonda 641 min 612 manat və 300 avro köçürülüb.

2016-cı ilin sentyabrın 1-dək fonda ümumilikdə 76 261 691 manat, 212.373 ABŞ dolları, 4193 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

Açar sözlər:

Oxunub: 2075