Sabah hava necə olacaq?- Proqnoz


17:41     13 Sentyabr 2016 yagis%20yagir5.jpg

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 1037