Media nümayəndələri mükafatlandırılıb


19:32     13 Sentyabr 2016 2525353.jpg

“Baku Crystal Hall”da təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının sonuncu turu çərçivəsində sentyabrın 13-də media nümayəndələri mükafatlandırılıb.


Mükafatlandırma mərasimində olimpiadanın mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə ölkəmizdə təşkil olunan yarışa böyük maraq olduğunu diqqətə çatdırıb. O, yarışın “Facebook” səhifəsinin 20 mindən artıq üzvü olduğunu və hər gün rəsmi səhifəni 200 min nəfərin ziyarət etdiyini diqqətə çatdıraraq deyib: “Olimpiada çərçivəsində 61 mətbuat konfransı təşkil olunub. Konfranslar zamanı yerli mətbuat orqanları daha fəal iştirak ediblər. Digər olimpiadalardan fərqli olaraq Bakıda ilk dəfə olaraq mətbuat işçilərinin əməyi qiymətləndirilib”.

Yarışları yüksək dəqiqlik və operativliklə işıqlandırdığı üçün bir neçə media nümayəndəsi mükafatlandırılıb.

Qeyd edək ki, mükafatlandırılan jurnalistlər arasında “Səs” İnformasiya Agentliyinin əməkdaşı Elgün Vidadioğlu da yer alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 898