Müsavatın mitinqinə haker hücumu – tədbir silindi


16:16     16 Sentyabr 2016 95036cfcac1e5a7992a589715f7c4ca1.jpg

Müsavat partiyasının 18 sentyabr tarixində keçiriləcək mitinqi ilə bağlı feysbukda yaradılmış “Yaşasın Respublika” tədbiri silinib.


Partiyanın məclis üzvü Mustafa Hacıbəyli Femida.az-a açıqlamasında bildirdi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

“Haker hücumundan şübhələnirik. Hələlik dəqiq bir şey deyə bilməyəcəyik. Lakin bildirmək istəyirəm ki, 18 sentyabr tarixinə planlaşdırılmış mitinqimiz baş tutacaq”, - deyə münasibət bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 2071