Ukraynadan etiraz: Putini MDB-də sədr istəmirik


00:43     17 Sentyabr 2016 rusiya%20ukrayna9.jpg

Bu gün MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 2017-ci il yanvarın 1-dən Rusiyaya keçməsi barədə qərar qəbul olunub.



Femida.az “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko Rusiyanın xeyrinə verilmiş bu qərara etiraz etdiklərini bildirib.

O bəyan edib ki, Ukrayna hökuməti Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı 2014-cü ildə keçirilmiş referendumun nəticələrini tanımır.

Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev daxil olmaqla 6 ölkənin (Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan) lideri iştirak edir.

Açar sözlər:

Oxunub: 1294