Övladınızın şəklini paylaşmayın!


16:27     09 İyul 2015 facebook-and-kids.jpg

Sosial şəbəkələrdə kimlə dostluğunuza fikir verin. Çünki dostluğunuzda olan və tanımadığınız biri, sizin yazdıqlarınızdan, sevinclərinizdən, duyğularınızdan sui-istifadə edə bilər. Əsasən də əgər qız övladlarınız varsa, onlar haqqında fikirlərinizi, yaşlarını, fotolarını paylaşmayın. Ya da dostluğunuza yad bir insanı almayın! Həyatınızda heç vaxt tanımadığınız bir insan sizə “Facebook” üzərindən yoldaşlıq istəyi göndərir. Bu adamı tanımırsınız, ancaq xoş bir profil şəkli olduğu üçün yoldaşlıq istəyini qəbul edirsiniz.


Qızınızın məktəbdəki ilk günüdür. Qızınız yeni paltarı içində o qədər sevimli görünür ki, dost və qohumlarınız da onun bu sevimli halını görməyini istəyirsiniz.

Onun bir şəkilini çəkib “Facebook”-da paylaşırsınız.

Qızınızı ilk dəfə məktəbə apararkən o qədər qürur duyursunuz ki, onun məktəbinə telefonunuzdan Facebook vasitəsi ilə “Check- İn” edib və altına bunları yazırsınız: "Qızımın nə qədər böyüdüyünə inana bilmirəm. Zaman uçub gedir. Qızımla fəxr edirəm!".

İnsan qaçaqmalçılığı bu vaxt, işə düşür. “Facebook” yoldaşı olaraq sizin qızınızın sevimli paltarı içindəki şəkilini cib telefonuna yazır və dünyadakı təxminən, 60 fərqli insana bu qeydi və qızınızın şəklini göndərir:

- “Yaşı 6. Gözlərinin rəngi qəhvəyi. saçları qara. Qiyməti: 35,000 avro”.

Qızınızın şəkilini, gümüş bir nimçə içində, bir insan alverçisinə verdiyiniz kimi, eyni zamanda onun olduğu yerin ünvanını də verdiyiniz fərqindəsinizmi?

Qızınızı məktəbdən evə gəlmək saatı həmişə saat 16:00-dır. Siz məktəbə gedəndə onun məktəbdə olmadığını görürsünüz. Əslində, daha siz onun məktəbinə varmadan, qızınız çoxdan 43 yaşında bir insan alverçisinə satılmışdı.
Qızınız indi başına bir çuval keçirilmiş halda Cənubi Afrikaya doğru yola çıxmış vəziyyətdədir.

Tanımadığınız insanları “Facebook” üzərindən yoldaş seçməyin!

Sosial medianı istifadə edərkən, məsuliyyətsiz davranmayın və ictimai medianın zərərlərinin də ola biləcəyini nəzərə alaraq, hərəkət edin! Həyatınız ilə əlaqədar bütün detalları “Facebook” başda olmaq üzrə sosial şəbəkələrdə paylaşmayın!

Uşaqlarınızın şəkillərini “Facebook”da profil şəkliniz olaraq istifadə etməyin!

Açar sözlər:

Oxunub: 1474


Oxşar xəbərlər