Bərə aşdı, 20 nəfər itkin düşdü


15:59     18 Sentyabr 2016 bere%20asdi.jpg

Nepalda bərənin aşması nəticəsində 20 nəfər itkin düşüb.


Femida.az-ın məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin şərqində, Sunsari rayonunda, Kosi çayında baş verib. Hadisə zamanı 37 nəfər xilas edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə günorta baş verib. Normadan iki dəfə artıq yüklənmiş qayıq sürətli axına tab gətirməyərək çevrilib.

Polis, xilasedicilər və ordu bölmələri axtarış-xilasetmə əməliyyatına başlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1359