Göyçayda yük maşını aşdı - Yaralılar var
00:41 20 Sentyabr 2016
Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndi ərazisində qeydə alınıb.
“QAZEL” markalı yük avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobildəki şəxslər-Bəydövül kənd sakinləri, 1986-cı il təvəllüdlü Babayev Adil Səmid oğlu, 1988-ci il təvəllüdlü Babayev Sənan Sərkər oğlu və Kürdəmir rayon sakini 1970-ci il təvəllüdlü Əhmədov Vəfadar Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (Apa)
Femida.az
Oxunub: 904
Oxşar xəbərlər
- Göyçayda cinayət - Gəncin damarını doğradılar
- Göyçayda partlayış - yaralılar var
- Göyçayda reyd: 140 sürücü cərimələnib
- Göyçayda 17 yaşlı oğlanı maşın vurub
- Göyçayda regional müşavirə keçirildi
- Göyçayda avtobus yandı, 30 sərnişin təxliyyə edilib
- Göyçayda 3 otaqlı ev yanıb
- Göyçayda intihar - 42 yaşlı kişi özünü asıb
- Göyçayda iki avtobus yanıb
- Göyçayda qəbiristanlıq yanıb