Tacikistandakı səfirliyimizdə yoxlama - TƏCİLİ


15:24     20 Sentyabr 2016 yeyinti%20yoxlama%20hesablama.jpg

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirib.


Femida.az-ın məlumatına görə, iclasda dövlət büdcəsindən Azərbaycanın Tacikistandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda digər audit tədbirləri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul olunub. Kollegiya bir neçə nəzarət tədbirləri ilə proqramlara da dəyişiklik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1338


Oxşar xəbərlər