BMT açıqladı: Azərbaycan regionda liderdir


01:14     21 Sentyabr 2016 7B000AE7-21BD-4353-819A-53487FD15532_mw1024_mh1024_s.jpg

Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə regionun lideridir.


Bu haqda qurumun “Genişzolaqlı rabitənin vəziyyəti 2015” hesabatında qeyd edilir.

Aparılmış araşdırmalara əsasən, 2015-ci ildə Azərbaycan 2014-cü illə müqayisədə 27 pillə yüksələrək 191 ölkə arasında 77 faizlik nəticə ilə 36-cı yeri tutub.

Türkiyə, Ermənistan, Gürcüstan və İran müvafiq olaraq 82, 72, 99 və 103-cü yerlərdə qərarlaşıblar. Qonşu Rusiya 43-cü, ABŞ isə 40-cıdır.

Fərdi istifadəçilər arasında (inkişaf etməkdə olan ölkələr üzrə) internetə daxil olmaq səviyyəsi üzrə Azərbaycan 13 pillə yüksələrək 77 faiz nəticə ilə 147 ölkə arasında 11-ci yeri tutub.

Mobil genişzolaqlı internetə daxil olma dərəcəsinə görə Azərbaycan 60,92 faiz göstərici ilə 60-cı yerdə möhkəmlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 1739