Sayta qarşı təxribat oldu - Bəyanat


20:48     21 Sentyabr 2016 xolkeaz.jpg.pagespeed.ic.UeesnNP-d3.jpg

Ölkə.Az saytının rəhbərliyi bəyanat yayıb.


Femida.az xəbər verir ki, saytın yaydığı bəyanatda bildirilir ki, onlara qarşı təxribat baş verib. Belə ki, [email protected] e-poçt ünvandan bir sıra ünvanlara montaj olunmuş şəkil göndərilib: “Fotodan da göründüyü kimi texniki olaraq bəsit üsulla saytımızın dizaynına uyğun bir formatda təxribatçı mətnlərini yerləşdirərək bəzi KİV-lərin elektron ünvanlarına göndəriblər.

Ölkə.Az saytı ölkəmizin informasiya məkanında iki ildən çox fəaliyyəti ilə brendə çevrilmiş bir xəbər portalıdır, belə təxribatların imicimizə heç bir heç təsir göstərməyəcəyini əvvəlcədən həmin qara niyyətli ünsürlərin diqqətinə çatdırmaq istəyirik.

Bu təxribatla bağlı Ölkə.Az saytı olaraq ölkənin hüquq-mühafizə orqanlarına müraciət edəcək və məsələnin sonunadək bu işin arxasınca qətiyyətlə gedəcəyik”.

Açar sözlər:

Oxunub: 1294


Oxşar xəbərlər