Göyçayda özünü yandıran qadın öldü


02:03     22 Sentyabr 2016 xestexana_012548.jpg

Göyçay rayonunda özünü ot tayasında yandıraraq intihara cəhd edən qadın dünyasını dəyişib.


Bu gün günorta saatlarında Göyçayın Bığır kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb.

O, özünü yanan odun içinə ataraq öldürmək istəyib. Ailə üzvlərinin köməyi ilə yanğın söndürülüb. Alovun yaxınlıqdakı evə və tövləyə keçməsinin qarşısı alınıb. Roza Salmanova ağır yanıq xəsarətləri ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1160