Kosovodan Türkiyəyə qarşı TƏXRİBAT


22:06     22 Sentyabr 2016 kosova3.jpg

Kosovonun Prizren şəhərindəki orta təhsil müəssisələrində şagirdlərə paylanan xəritəli dərsliklərdə təxribatçılıq halları müşahidə olunub.


Femida.az xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyyet” qəzeti yazır.

Qəzetin yazdığına görə, dərslik kitablarda verilmiş xəritədə Van, Muş, Ərzurum kimi qədim türk şəhərləri Ermənistanın əraziləri qismində göstərilir. Müasir Türkiyənin cənub hissəsi "Kürdüstan" şimal-şərq hissəsi isə "Pontos" adlandırılıb.

Nəticədə Prizrendə məskunlaşmış türk icmasının nümayəndələri Kosovonun təhsil, elm və texnologiyalar nazirliyinə müraciət ünvanlayıb. O cümlədən, Türkiyədə də narazılıqlar baş qaldırıb.

Kosovonun təhsil nazirliyinin Türkiyə şöbəsi üzrə rəhbəri Fərdi Kovaç insidentlə bağlı qeyd edib ki, dərs vəsaitləri Albaniyadan göndərilib. O, eyni zamanda deyib ki, dərsliklərdə yer almış mövcud yanlışlıqların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1187


Oxşar xəbərlər