BMT Suriyaya humanitar yardım göndərdi


01:42     23 Sentyabr 2016 725343200.jpg

BMT Suriyaya humanitar yardım konvoyu göndərib.


Femida.az “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, konvoy artıq Suriyanın Muadamiya şəhərinə çatıb. Bu, Rusiyanın Suriyaya göndərdiyi humanitar konvoya hücumdan sonra göndərilən ilk humanitar yardımdır. Bu barədə BMT baş katibinin müavini Farhan Xak bildirib.

Onun sözlərinə görə, yeni humanitar yardım 35 min əhali üçün nəzərdə tutulub.

Xatırladaq ki, Suriya rejiminə məxsus vertolyotların müxaliflərin əlində olan yerlərə gedən humanitar konvoya hücumu zamanı 12 adam ölüb, 20 konvoy yanıb.

Açar sözlər:

Oxunub: 1011