Dostunun pulunu mənimsəyən məhkəmədə


02:14     23 Sentyabr 2016 mehkeme_258686577665.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Adil Abdullayevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.



APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs elan olunan ittiham aktı ilə özünü təqsirli bilməyib.

Sonra zərərçəkmiş Rasim adlı şəxs ifadə verib. O bildirib ki, dostu A. Abdullayev ticarətlə məşğul olduğunu əsas gətirərək, 2010-cu ilin dekabr ayında ondan 100 min dollar və daha sonra isə 45 min dollar məbləğində borc alıb: "Mənə dedi ki, Bakı şəhərində 3 ticarət dükanı var. Ancaq mal gətirmək üçün pula ehtiyacı var. O mənə dedi ki, gəl, bu işdə şərik olaq. Ancaq sonradan mən şahid oldum ki, işlər heç də qaydasında deyil və Adil məni aldadır. Belə olan halda pulumu geri istədim. O da dedi ki, dedi ki, bu məbləği ayda 3000 dollar olmaqla, ödəyə bilər. Mən razılaşdım, ancaq bunu bir neçə ay qaytarsa da, sonradan heç nə vermədi. Mən həm də öyrəndim ki, onun təkcə mənə yox, bir çox adamlara da borcu var. Hazırda onun mənə 93 min dollar borcu var".


Məhkəmə prosesi sentyabrın 30-da davam etdiriləcək.


Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 1071