Tərtərdə beşotaqlı ev yandı


13:16     23 Sentyabr 2016 13878640961363594763_yangin45sadas1.jpg

Bu gecə Tərtər rayonu, Dəmirçilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı olan evin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 825