3 uşaq atası faciəvi şəkildə öldü - Bərdədə


14:55     23 Sentyabr 2016 217368_206919579465287_853201955_n.jpg

Bərdə rayonunda bədbəxt hadisə baş verib.


Femida.az xəbər verir ki, hadisə dünən Bərdə rayonunda baş verib. 1976-cı il təvəllüdlü Məmmədov Ceyhun İsa oğlu yaşadığı evin həyətindəki mal-qara tövləsində işləyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

3 uşaq atası olan Ceyhun Məmmədov Ağdam rayonundan məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşıbmış.

Ailəsi onun cansız bədənini hadisədən 1 saat sonra tapıb.

Mərhumun anası Ətrabə Məmmədova Beynəlxalq Qızıl Xaç Komitəsində Qaçqın və məcburi köçkünlərin, həmçinin itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım üzrə ekspertdir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 18719