Şuşalı tələbəyə təcili qara ciyər köçürülməlidir - Fotolar
16:22 23 Sentyabr 2016
Tibb kollecinin 2-ci kurs tələbəsi Oqtay Axundzadə qara ciyər serrozundan əziyyət çəkir.
Bu barədə musavat.com-a-a gəncin anası Zəminə Axundova məlumat verib. Onun sözlərinə görə, 18 yaşlı Oqtayın səhhətində 4 ildir, problemlər yaranıb: “Son 4 ayda isə serroz diaqnozu qoyulub. Tehranda analizlər verdik. Orada qara ciyərdə öd axarlarının skelerozlaşdığını, təcili olaraq qara ciyər köçürülməli olduğunu dedilər. Çünki hər gün keçdikcə bir orqanı sıradan çıxır. Bizə donor və əməliyyat üçün pul lazımdır. Təkcə əməliyyat üçün 70 min dollar pul istəyirlər.
Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktubla müraciət etmişik. Şuşadan məcburi köçkünük. Şuşa rayon İcra Hakimiyyətinə də müraciət etmişik, Səhiyyə Nazirliyinə də. Bizim kimi müraciət edən şəxs çoxdur yəqin ki, ona görə diqqətdən kənarda qalmışıq.
Lakin mən imkanlı şəxslərdən kömək istəyirəm. Kimin nəyə gücü çatırsa kömək etsin, balam hələ çox gəncdir, onu ölümə tərk etməsinlər. Hər kəs 1 manatdan da kömək etsə, onu həyata qaytarmaq olar”.
Oqtay Axundzadəyə kömək etmək istəyən şəxslər aşağıdakı bank hesabına pul köçürə bilərlər:
“Expressbank” ASC hesab nömrəsi: AZ32AZEN41010334104944101001
Əlaqə telefonu: (055) 522-21-28 – Zəminə Axundova
Femida.az
Oxunub: 1316
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda