İçkiyə tövbə edib, narkotikə başladı - Video


01:43     24 Sentyabr 2016 fgfgfh6655.jpg

Saatlı polisinin təşkil etdiyi əməliyyat zamanı narkotik vasitə aludəçisi olan Fətəlikənd kənd sakini 37 yaşlı Qəzəli Bulkvadze saxlanılıb.



Onun yaşadığı ünvanda torbalara qablaşdırılmış ümumi çəkisi 409,088 qram qurudulmuş marixuane aşkar olunub. Məlum olub ki, Bulkvadze çətənə kollarını bir neçə müddət öncə çöl sahədə kanal qırağında tapıb. Daha sonra əldə etdiyi toxumları əkərək aqrotexniki qaydada qulluq edərək yetişdirib.

Qəzəli Bulkvadze - saxlanılan şəxs: "Balıq tutarkən göl qırağından tapmışam. Narkotik olduğunu bilirdim. Qoxusuna baxdıqdan sonra tam əmin oldum. Toxumları daha sonra əkdim. İçkini buraxıb, tövbə etmişdim. Yaxşı yata bilmirdim deyə narkotik çəkirdim. Düşünmürdüm ki, içkini buraxandan sonra narkotikə başlayacam. Çox peşmanam. İndi baxıram ki, narkotiksiz həyatı yaşamaq daha gözəldir. Bir daha etməyəcəm". Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. (ARB TV )



Açar sözlər:

Oxunub: 1190


Oxşar xəbərlər