MTRŞ-dan vətəndaşlara müraciət - yayım dayandırılacaq
20:21 27 Sentyabr 2016
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan Femida.az-a verilən məlumata görə, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.
İclasda prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
MTRŞ bununla əlaqədar vətəndaşlara da müraciət edib. Müraciətdə deyilir:
"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.
Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunur".
Qeyd edək ki, Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanılıb.
Femida.az
Oxunub: 1048
Oxşar xəbərlər
- MTRŞ-dan `Space`dəki yalan xəbərə REAKSİYA
- MTRŞ-dan televiziyalardakı siqaret reklamı barədə: “İrad tuta bilmirik”
- MTRŞ-dan ATV ilə bağlı açıqlama
- MTRŞ-dan `Keyxanım`la bağlı açıqlama: `Reytinqi bəhanə gətirir` - VİDEO
- MTRŞ-dan ANS-lə bağlı açıqlama
- MTRŞ-dan əcnəbi aparıcı ilə bağlı Açıqlama
- MTRŞ-dan bağlanan kanallarla bağlı açıqlama
- MTRŞ-dan ANS-in bağlanması ilə bağlı AÇIQLAMA
- MTRŞ-dan “Kanal D” AÇIQLAMASI
- MTRŞ-dan 4 telekanala İRAD