Siyəzəndə maşın aşdı, ana və 2 övladı yaralandı


19:59     28 Sentyabr 2016 qeza_yeni.jpg

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün günorta saatlarında rayonunun Beşdam kəndi ərazisində qeydə alınıb. “Kia” markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 1965-ci il təvəllüdlü Tağıyeva İlahə Abdulla qızı, onun övladları 1994-cü il təvəllüdlü Atamoğlanov Rzaxan Nadir oğlu və 1992-ci il təvəllüdlü Orxandır.

Hər üç şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1023