Taksilərə qarşı reydlər yenidən başladı


14:27     30 Sentyabr 2016 yol%20pol.jpg

Bakıda taksilərin vergilərə cəlb edilməsi məqsədilə reydlər başlanıb.


Femida.az xəbər verir ki, bu haqda Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Mais Ağayev məlumat verib.

“Əsas məqsəd taksi xidməti ilə məşğul olan fiziki və hüquqi şəxsləri fərqlənmə nişanları almağa cəlb etməkdir. Bunula bağlı agentlikdə xüsusi işçi qrupu yaradılıb və həmin qrup şəhərdə taksilərin sıx toplaşdığı ərazilərdə araşdırmalara başlayıb. Fərqlənmə nişanlarının alınmasının əsas üstünlüyü odur ki, biz Bakıda fəaliyyət göstərən taksilərin sayını müəyyənləşdirəcəyik. Bundan sonra, Bakıda fəaliyyət göstərən taksilərin vahid qeydiyyat sistemi yaranacaq. Proses nəticəsində taksi sahəsində büdcəyə vergi daxilolmaları asanlaşacaq və artacaq”.

M.Ağayev sözlərinə görə, fərqlənmə nişanını istənilən bank filialında 18 manat rüsum ödəməklə əldə etmək olar. Fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır.

Fərqlənmə nişanı almayan taksiləri isə cəza gözləyir. Qurum rəsmisi cəzaların detalları haqda danışamyıb.

Femida.az

Açar sözlər:

Oxunub: 735


Oxşar xəbərlər