Yandırdığı adamı bıçaqladı - Keçmiş polis


14:56     30 Sentyabr 2016 xestexana_01254.jpg

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az xəbər verir ki, rayonunun Mirzəqışlaq kənd sakini Sahil Məmmədov qonşusu, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlunun üzərinə qaynar su tökərək ona yanıq xəsarəti yetirib.

Daha sonra özünü B. Paşayevin qohumu kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov onu sarğı otağında bıçaqlayıb.

B.Paşayevə sifətin və döş qəfəsinin hər iki arxa tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəsarət alan şəxs əməliyyat olunub, vəziyyəti stabildir.

Quba rayon Polis Şöbəsi faktı təsdiqləyib.

Hadisənin təfərrüatları Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, Vidadi Məmmədov əvvəllər Quba RPŞ-də çalışıb. Lakin o, üç il əvvəl yol verdiyi nöqsanlara görə, işdən çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1686


Oxşar xəbərlər