Səfərovun kamerasındakı təhlükəli dustaq köçürüldü


01:15     01 Oktyabr 2016 hebs%20(1)5.jpg

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovla 1 saylı Bakı İstintaq Təcridxanasında bir kamerada saxlanılan qəsdən adam öldürməkdə təqsirləndirilən dustaq başqa kameraya köçürülüb.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov deyib.

Vəkil bildirib ki, R.Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə görüşündən sonra onun təhlükəsizliyi təmin edilib: “Sentyabrın 26-da Rüfətlə bir kamerada saxlanılan dustaq başqa kameraya köçürülüb. Hazırda Rüfət tək qalır. Yəqin ki, yaxın günlərdə kameraya başqa bir dustaq veriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl R.Səfərovun saxlanıldığı kameraya 18 il həbs cəzası almış Samir adli bir residivistin salınması barədə məlumat yayılmışdı.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Açar sözlər:

Oxunub: 1524


Oxşar xəbərlər