Koreyanın müstəqillik günü qeyd edilib


01:22     04 Oktyabr 2016 52c7c6f99019776d1d90deb902ff8aa7.jpg

Bu gün Bakıda Koreya Respublikasının müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil edilib.



Femida.az -ın məlumatına görə, qəbulda dövlət rəsmiləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak edib.

Koreyanın Azərbaycandakı səfiri Kim Çan Qyu ölkəsinin müstəqillik tarixindən danışaraq Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin 1992-ci ildən etibarən qurulduğunu bildirib. Onun sözlərinə görə, bu gün bu münasibətlər bütün sahələrdə genişləndirməkdir: "İki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərin sayı artıb. Bu il Seulda Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclası olub. Azərbaycan-Koreya iqtisadi əməkdaşlığı dinamik inkişaf edir, Bakıda çoxsaylı Koreya şirkəti çalışır". Səfir həmçinin iki ölkənin mədəniyyət və turizm sahəsində də əməkdaşlığının inkişaf etdiyini vurğulayıb.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çıxış edərək iki ölkənin münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu deyib. O, ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib: " Koreyadan Azərbaycana investisiya qoyuluşu artır . İqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclası da bu əməkdaşlığın inkişafına daha da təkan verəcək".

Açar sözlər:

Oxunub: 1758