BMT-nin yeni baş katibinin adı məlum oldu


02:49     06 Oktyabr 2016 bmt4.jpg

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibinin kimliyi məlum olub.


Femida.az "Milliyet"ə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi barədə razılığa gəlib.

Oktyabrın 6-da baş tutacaq seçkidə Antoniu Quttereş BMT baş katibi postuna əsas namizəddir. BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1231