Basketbolçu məşq zamanı öldü


03:56     06 Oktyabr 2016 basket9.jpg

Makedoniyanın “Orxid” klubuna transfer olan basketbolçu Kemron Mur ilk məşqində vəfat edib.


Bu barədə yerli mətbuat xəbər yayıb.

Bildirilib ki, daha əvvəl İtaliyanın “Kazreta” və “Venesiya” klublarında oynamış 25 yaşlı basketbolçunun mövsümün əvvəlində keçirilmiş sağlıq müayinəsində heç bir problem aşkar olunmamışdı. Ancaq onun daha əvvəl ürəyində bir dəfə sağlıq problemi olubmuş.

Qeyd edək ki, idmançının vəfatının dəqiq səbəbi detallı analizlərdən sonra məlum olacaq.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1110


Oxşar xəbərlər