Vurulan piyada xəstəxanada öldü


16:17     06 Oktyabr 2016 ruyada-kefenli-olu-gormek0.jpg

Bakıda 4 gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 22 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Tahir Qaybalıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Səriyyə Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada oktyabrın 6-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1084