Gömrükdə 2 milyonluq əməliyyat


22:38     06 Oktyabr 2016 rubl0.jpg

Gömrük orqanına bəyan olunmayan külli miqdarda rus rublu aşkar edilərək götürülüb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federesiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. Yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginazlar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 1015