Əliyevdən Putinə təbrik zəngi


16:36     07 Oktyabr 2016 putin%20ilham8.jpg

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.



Femida.az xəbər verir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Eyni zamanda, dövlətimizin başçısı Rusiyada keçirilən parlament seçkilərində “Единая Россия” partiyasının əldə etdiyi böyük qələbə münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bununla Rusiya xalqı Vladimir Putinin həyata keçirdiyi siyasətə bir daha öz dəstəyini nümayiş etdirib.

Daha sonra İlham Əliyev Rusiya prezidentinin Bakıda keçirilən V Beynəlxalq Humanitar Foruma göndərdiyi məktuba və Rusiya tərəfinin Forumda yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlığını bildirib.

Putin göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, öz növbəsində, Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı təbriklərini çatdırıb və bildirib ki, Azərbaycan xalqı bu referendumda səs verməklə İlham Əliyevin siyasətinə öz dəstəyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

Açar sözlər:

Oxunub: 1924


Oxşar xəbərlər