Aclıqdan qardaşını itirən, Kremldə itlə yaşayan Putinin 64 illik həyat yolu


17:47     07 Oktyabr 2016 putin%20esas0.jpg

Rusiya Federesiyasının prezidenti Vladimir Vladimiroviç Putin bu gün 64 yaşını qeyd edir. Femida.az nəhəng siyasətçinin həyat yolunu təqdim edir.



Kimdir Putin?

Vladimir Vladimiroviç Putin 1952- ci ildə 7 oktyabrda Rusiyanın Leninqrad şəhərində anadan olub. O, ilk təhsilini Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində alıb. İlk peşə fəaliyyətinə 1975-ci ildən SSRİ DTK-də xidmətlə başlayıb. Bir müddət işini Almaniyada davam etdirən Putin 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. Bu onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb.

Mühafizəçi kişinin prezident oğlu…




Putinin uşaqlığı


Vladimir Putinin atası 1911-ci ildə Sankt-Peterburq şəhərində anadan olub. O Rusiyada məşhur olan aşpazın oğlu idi. Putinin atası haqqında danışarkən bunları deyib:
“Atam Sevastopolda, sualtı qayıq bölüyündə müddətli xidmət edib. Matros idi. 1939-cu ildə o xərbi xidmətə çağırılıb. Qayıdandan sonra isə zavodda işləyib, anamla Petrodvortskda yaşayıb. Məncə, onlar orada ev də tikmişdilər.

Müharibə başladı. Putin hərbi müəssisədə işləyirdi. Bu isə onu cəbhəyə getməkdən azad edirdi. Lakin özü əvvəl partiyaya, sonra cəbhəyə getmək haqqında ərizə yazdı. Onu diversiya bölüyünə göndərdilər.
Bu bölük o qədər də böyük deyildi. Danışırdı ki, bölükdə 28 adam olub. Onları körpü, dəmiryolu partladırdılar. Amma demək olar ki, hər dəfə ələ keçirdilər. Kimsə satırdı.
Bir dəfə onlar bir kəndə gediblər. Əməliyyatdan qayıdanda həmin kənddə onları faşistlər gözləyib. Lakin onlar gölməçədə bir necə saat gizlənərək izlərini itirə biliblər. Bu müddət ərzində qamışla nəfəs alıblar"

Atam aclıqdan huşunu itirmişdi...Putinin xatirələri







“ Bütün həyatı boyu o ayağındakı qəlpələrlə yaşadı. Onları çıxarmadılar. Balaca qəlpələrə sümüklərə ziyan vurmamaq üçün toxunmurdular.

Şükür ki, ayağını saxlaya bildilər. Həkim yaxşı idi. Onun ikinci qrup əlilliyi var idi. Əlil kimi ona mənzil vermişdilər. Bu bizim ilk şəxsi evimiz idi. Düzdür buna kimi biz mərkəzdə yaşayırdıq, veriləndən sonra isə kənara köçdük.
Anam isə yaralananda atama necə baş çəkdiyindən danışıb. Onların 3 yaşlı övladı var idi. Lakin aclıq və blokada hökm sürürdü. Atam öz hospital payını da həkimlərdən gizli anama verir, anam isə onu evə gətirib uşağı doyuzdururdu. Atam buna görə aclıqdan huşunu itirməyə başladılar. Həkimlər məsələnin nə yerdə olduğunu anladılar və anamı onun yanına buraxmadılar.
Sonra isə uşağı əllərindən aldılar. Bunu azyaşlını aclıqdan xilas etmək üçün edirdilər. Heç valideynlərdən də soruşmurdular.
Anam deyir ki, uşaq orada difteriyaya yoluxdu və öldü. Onun harada dəfn edildiyini belə bizə demədilər".

Putinin aclıqdan ölən qardaşı kimdir?







Putinin sözlərinə görə, tanımadığı insanlar ona öz təşəbbüsləri ilə qardaşı haqqında arxiv materiallarını təqdim ediblər. Hər şey uyğun idi, ad, atasının adı, yaşadığı yer, onu haradan apardıqları, doğum ili. Burada onun harada dəfn olunduğu belə qeyd edilmişdi - Piskarevski qəbristanlığı.

"Uşağı aparandan, anam tənha qalandan sonra gəzməyinə icazə verilən atam evə qayıtdı. Evə gələndə o görüb ki, sanitarlar meyit aparırlar. Anamı görüb. Yaxınlaşanda onun nəfəs aldığını zənn edib və sanitarlara belə dialoqu olub:
-O, hələ sağdır.
-Yolda sağ qalmayacaq.
Əl ağaclarını onlara atıb və onu geri- mənzilə qaytarıb. Sanitarlar ona "necə istəyirsən. Amma bil ki, biz hələ 3-4 həftə bura gəlməyəcəyik. Özün məşğul olarsan" deyiblər. Anam sağ qaldı və 1998-cu ilə kimi yaşadı".

Ailə həyatı…Uğursuz nikah…





Vladimir Putin həyat yoldaşı Lyudmila Şkrebneva ilə təsadüfən tanış olub. Lyudmila Leninqradda daxili uçuşlar bölməsində stüardessa kimi çalışıb. Onlar təsadüfi tanışlıqdan sonra 1983- cü ilin 28 iyulunda evlənib. Onların bu nikahdan 2 qızları var. 1985- ci il təvəllüdlü Mariya və 1986- cı il təvəllüdlü Katerina .
Putinin qızlarını üzdən heç kim tanımır. Onlar küçəyə mühafizəçisiz çıxmırlar. Mariya (1985-ci il) və Yekaterina (1986-cı il) barəsində cəmi bir dəfə – Putin haqqında bir neçə il əvvəl dərc olunan kitabda məlumat verilib. Həmin kitabda isə 5-6 yaşında qız uşaqlarının şəkli var.
Sonradan ilk dəfə onların barəsində 2004- cü ildə – Sankt-Peterburq dövlət universitetinə imtahan verilən zaman məlumat yayılıb. Ardınca isə universitetin müəllimlərinə Putinin qızları barədə danışmaq qadağan olunub. Sankt-Peterburq mətbuatı yazır ki, qızların heç birini indiyə qədər dərsdə görən olmayıb.

“The İnternational Herald Tribune” Putinin böyük qızı Mariyanın 2005-ci il iyunun 11-də Yunanıstanın Santorin adasında ərə getdiyini bildirir. Onun kiçik qızı Yekaterinanın isə Almaniyanın Münhen şəhərində yaşadığı iddia olunur.

Putin qızlarını hansı təhlükədən qoruyur?




Putin qızı və həyat yoldaşı ilə

2010-cu ilin dekabr ayında qızlarının həyatını nəyə görə gizli saxladığı haqda suala Putin cavabında deyib ki, terrorçuların onlara qarşı terror aktı həyata keçirə biləcəyindən qorxur:

“Bilirsiniz, təəssüf ki, terrorizmlə bağlı çoxlu problemimiz var və biz ailə üzvlərimizin, ilk növbədə uşaqlarımızın, qızlarımızın təhlükəsizliyi haqda fikirləşməyə borcluyuq. Onlar normal yaşayırlar, adi həyat tərzi keçirirlər, universitetdə oxuyurlar. Onlar həyatlarından razıdırlar, onların dostları da var – hər şey qaydasındadır. Amma onların cəmiyyət qarşısına çıxması, fikrimcə, lazım deyil, bəli, onlar da bunu istəmirlər”.
Beləliklə, Putin rəsmən təsdiqləyib ki, onun qızları cəmiyyətdən ciddi şəkildə təcrid ediliblər, hətta ciddi mühafizə olunurlar.

Putin haqqında keçmiş arvadı danışır…






Lyudmila Putina vaxtilə Oleq Bloçkovun “Vladimir Putin. Həyatın tarixi” adlı kitabında öz maraqlı xatirələrini paylaşıb.
O, Vladimir Putinlə nigahda olmağın çox çətin olduğunu bildirib:

“Həmişə elə situasiyalar yaranırdı ki, mən heç cürə rahat ola bilmirdim. Hər dəfə nə iləsə mübarizə aparmalı idim. Xizəklər, dağlar və dəniz Putini məndən ayrı salırdı”.
Putinanın prezidentin anası Mariya İvanovna ilə bağlı xatirələri də heç də xoş deyil: “Xatırlayıram ki, bir dəfə mətbəxə dail oldum və Vladimir Vladimiroviçin anası Maroya İvanova orada idi. Biz nə isə haqda danışmağa başladıq və birdən mətbəxə Volodi Aleksey daxil olaraq ondan soruşdu: “Sizcə Lyuda necədir?”. O isə cavabında, “Əlbəttə, o pis deyil. Yaxşı qızdır” dedi.
Gizlətməyəcəm, o an çox pis oldum, bu söz ürəyimə toxundu”.

Lyudmila Putinin ona çox az vaxt ayırdığından da bəhs edib: “Putin həmişə görüşlərə yarım saat gecikirdi. İş həyatını şəxsi həyatından üstün tuturdu. Gecikmə səbəbini həmişə işi ilə izah edirdi. İşinə göstərdiyi dəqiqliyi mənlə görüşlərə göstərmirdi.

Putin heç vaxt romantik olmayıb. Mənə evlilik təkllifini toy mərasiminin keçiriləcəyi tarixi deməklə etdi.
Hətta, ərimin işi haqqında heç vaxt tam məlumatım olmayıb. İlk vaxtlar onun KQB-də xidmət göstərdiyini bilmirdim. O, bunu gizlədirdi və işi haqqında danışmazdı”.
Lyudmila Putina 1958-ci ilin yanvarında Kalininqradda fəhlə ailəsində doğulub. O, bir çox sahələrdə - sanitar, poçtalyon, stüardessa kimi fəaliyyət göstərib.
Vladimir Putinlə Leninqradda tanış olub. O vaxtlar Putin KQB-də işləyirdi. Onlar 1983-cü ildə Leninqradda ailə qurublar. 2013-cü ildə Putindən rəsmi şəkildə boşanan Lyudmila Lyudmila Putin yenidən ailə həyatı qurub.

58 yaşlı Lyudmila Putinin həyat yoldaşı 37 yaşlı Artur Oçeretnoy olub. Bu barədə Korrupsiya ilə Mübarizə Fondunun "Sobesednik” jurnalında məlumat verilib.

Böyük siyasətçinin böyük siyasətə gəlişi....





1997-ci ilin martında Putin Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsinə təyin olunur. İşinin çox olmasına baxmayaraq, 1997-ci ildə o, Sankt-Peterburq Dövlət İnstitutunda iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə edir.

1998-ci ilin mayında Putin artıq Rusiya Təhlükəsizlik Şurasının katibi, 1999-cu ilin martından o eyni zamanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru təyin edir və 1998-ci ildə Prezident Administrasiyasının rəhbərinin birinci müavini olur.
1999-cu ildə avqust ayında Vladimir Putin Rusiya Federasiyasının baş naziri oldu.

Baş nazirlikdən prezidentliyə gedən yol…

Bu vəzifəyə onu Rusiya prezidenti Boris Yeltsin təyin edir.

2000- ci ilin martın 26-da o ilk dəfə Rusiyanın prezidenti seçildi.Növbəti dövr üçün seçkilərin qalibi yenidən Putin olur. Sonrakı il seçkilərdə o baş nazir vəzifəsini icra edir. 2012- ci il seçkilərində Putin yenidən Rusiyanın prezidenti olur.

Qərarlarını üzərkən verir…Rəsmi Putin qeyri-rəsmi…

Rusiyanın birinci şəxsi Vladimir Putin öz maraqlı vərdişləri ilə də diqqət mərkəzində olub. Səhər yeməyindən sonra gördüyü ilk iş idmanla məşğul olmaqdır. Yaxınlarının dediyinə görə, Putin Rusiyanın gələcəyi haqqında ən çox üzərkən düşünür. Hovuzdan çıxandan sonra məşq salonuna gedir. Xobbisi ağırlıq qaldırmaqdır.
Xəbər kanallarına baxaraq gündəmi izləyir. Görüşmək üçün gələn nazirlər, məmurlar qapısında ən azı 2-3 saat növbə gözləyirlər.

Buz üstündə buz adam….





Putinin ən çox sevdiyi məşğuliyyətlərdən biri də buzüstü xokkeydir. Rusiyanın gücləri, oliqarxları, zənginləri – hamısını orada görə bilərsiz. Əslən Sankt-Peterburqdan olanlar, köhnə dostları, ən etibar etdiyi adamlar tribunada olurlar. Bunlar Arkadi və Boris Rotenberq, Gennadi Tiçenko kimi iş adamlarıdır. Bunlar Putinin hələ bələdiyyə sədrinin müaviniykən birlikdə yeyib-içdikləri dostlarıdır. Vaxtilə Putini “şef” deyə çağıran yaxın dostlar ona indi də “çar” deyirlər. Oyunçular da mühafizəçilər olur. Bir tərəfdə Putinin, o biri tərəfdə də Dmitri Medvedyevin mühafizəçiləri. Bəzən Medvedyev özü də oyuna qatılır.

Dəmir liderin ölüm qorxusu…

Putin xarici ölkəyə səfər edəndə bir otelin 200 otağı tutulur. Və oteli az qala, Kremlə çevirirlər. Xüsusi xidmət orqanları əməkdaşları orada bir ay əvvəldən araşdırma aparırlar. Yataq dəstləri və hamam ləvazimatları Rusiyadan xüsusi olaraq möhürlü şəkildə gətirilir. Otağa ancaq Putin girə bilir. Səfərlər zamanı heyətdə rus aşpazlar, ofisiantlar, təmizlik personalı da yer alır. Ən böyük qorxusu zəhərlənməkdir. Ona görə də heç kim Putinə onun xəbəri olmayan bir qida verə bilməz.


Putinin Kremldə yaşayan iti…





Bazar ertəsindən bazara qədər iş başında olur. Stalindən sonra ən çox çalışan lider olduğu deyilir. Başqa bir özəllyi də ən çox səyahət etmiş dövlət başçısı olmasıdır.
Ən yaxını Koni adlı qara Labrador itidir. Putinə üsyan edən, səsini yüksəldən yeganə canlı odur.O Kremlə yaşayır, hətta siyasətçilərin rəsmi görüşündə də iştirak edir.Görüşlərin birində itin Alman kansleri Angela Merkeli qorxutması da uzun müddət mətbuatın müzakirə mövzusu olmuşdur.
Ekspertlər Putini dünyanın ən güclü siyasi liderlərindən hesab edirlər. Bunun bariz nümunəsidir ki, Rusiya bu gün dünyanın söz sahibi olan dövlətlərindən biridir.















Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 31440


Oxşar xəbərlər