Xəstəxananın şöbə müdirini avtomobil vurdu


22:29     10 Oktyabr 2016 piyada%20qadin.jpg

Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub.


Hadisə oktyabrın 10-da günorta saatlarında Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib.

"VAZ-2107" markalı avtomobil həmin ərazidə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Sevinc Aydın qızı Cahangirovanı vurub.

Yaralı "Təcili tibbi yardım" maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. S.Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyətini orta-ağır olaraq qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1244