670 bal toplayan tələbə özünü öldürdü - YENİLƏNİB


14:53     11 Oktyabr 2016 meyit222.jpg

Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olub. Özünü 11-ci mərtəbədən atan Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlunun atası danışıb.


Femida.az-ın sputnik.az-a istinadən verdiyi məlumata görə, tələbənin atası Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi:

"Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

***
Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Femida.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, M.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 6284


Oxşar xəbərlər