Culfada 4 min illik qaya təsvirləri tapılıb


22:07     11 Oktyabr 2016 6d5b8f07faaeaf723563a9b1665fc7a1.jpg

Bu günlərdə Culfa rayonunun Xanəgah kəndi yaxınlığında - Orta Anzır kəndinin xarabalıqlarından şərq tərəfdə dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb.


Femida.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbərə görə, ilkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir. Rəsmlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilib. AMEA-nın Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, təsvirlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə edir. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanıb. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada həyatı, həyat ağacını simvolizə edir.

V. Baxşəliyevin fikrincə, qaya parçasının üzərindəki qaya işarələrinin birinci iki təsviri e.ə.II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, orta əsrlərə aid etmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 1351


Oxşar xəbərlər