TANAP-ın tikintisi nə vaxt başa çatacaq? - Açıqlama
00:05 12 Oktyabr 2016
Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi 2018-ci ilin iyun ayının sonunadək başa çatacaq.
Bu barədə İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun davam edir.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək.
Femida.az
Oxunub: 1192