800 000 ABŞ dolları ölkədən kim çıxarmaq istəyib?


17:38     13 Oktyabr 2016 IMG_1415.jpg

Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısını alınıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a daxil olan xəbərə görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 7402