Cəbhədə düşmən təxribatı - Atəşkəs 11 dəfə pozuldu


13:42     16 Oktyabr 2016 cebhede%20ateskes.jpg

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.


Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Femida.az


Açar sözlər:

Oxunub: 1209