Milyarderin müavininin oğlu icbari işə göndərildi - 300 saat


00:55     18 Oktyabr 2016 shams7006.jpg

“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavini, vitse-prezident Azat Şamsuarovun bir neçə ay öncə “Gelandewagen” avtomobiliylə Moskvada dostları ilə birgə avtoşluq edən oğlu Ruslan Şamsuarov 300 saatlıq icbari işə göndərilib.



“İnterfaks”-ın verdiyi məlumata görə, qərar bu gün Moskvanın Qaqarin məhkəməsi tərəfindən verilib.

20 yaşlı R. Şamsuarov polis əməkdaşlarını təhqir və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq faktlarına görə günahkar bilinib.

Qeyd olunur ki, vitse-prezidentin oğlu həmçinin, 20 min rubl dəyərində cərimə olunub.

Xatırladaq ki, Ruslan Şamsuarov 2016-cı ilin mayında dostları – Viktor Uskov və Abduvahob Məcidov avtoşluq edərkən onları saxlamağa çalışan polisləri ələ salıblar. Gənclər hətta, polisdən qaçışı videoya da çəkiblər.

Daha sonra avtomobilin sükanı arxasında A. Məcidovun olduğu üzə çıxıb.

Açar sözlər:

Oxunub: 2131