Borcunu ala bilmədi, mağazanı yardı - VİDEO


20:25     18 Oktyabr 2016 unnamed1qasdcvb.jpg

Bakıda mağaza oğrusu saxlanılıb.


Femida.az ARB TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini 26 yaşlı Emil İsgəndərov Yasamal Rayon Polis İdarəsinə gələrək ona qarşı soyğunçuluq edildiyini bildirib. İsgəndərovun sözlərinə görə, dükanına daxil olan Kamran adlı şəxs kassada olan 140 manatı zorla götürərək, çıxıb gedib.

Araşdırmalara başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Kamran Gözəlzadəni saxlayıblar. Polisə ifadəsi zamanı Kamran Emilin ona pul borcu olduğunu bildirib. Gözəlzadənin sözlərinə görə, Emilin mağazasına satılması üçün spirtli içkilər verib. Mal satılsa da, pulunu ala bilməyib.

Polis faktı araşdırır.



Femida.az

Açar sözlər:

Oxunub: 1663