Həbsdəki NİDA-çıdan xəbər var


20:39     18 Oktyabr 2016 bayram%20mmemmedov.jpg

"Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.


Vəkil Elçin Sadıqovun Femida.az-a verdiyi məlumata görə, cinayət işinin ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. İş yaxın günlərdə icraata veriləcək.

Qeyd edək ki, B. İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl onun həbs müddəti 2 ay uzadılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 942