Etiraz əlaməti olaraq ağzını tikdi - Ermənistanda


20:47     18 Oktyabr 2016 agzini%20tik.jpg

İrəvanın Respublika meydanında Vardenis (Basar Keçər) rayonundan olan işsiz şəxs etiraz aksiyası keçirir.


Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, Armen Yeranosyan aclıq elan edərək ağzını tikib.

Məlumat üçün bildirək ki, Yeranosyan Vardenis qızıl mədənində çalışıb, amma bir ay əvvəl işdən qovulub. O, işə bərpa olunmasını tələb edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1678