Şahzadə edam olunub - Səudiyyə Ərəbistanında ŞOK


02:25     19 Oktyabr 2016 1450250851_1-kopiya.jpg

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir edam edilib.


“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı məlumat yayıb.

İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.

Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o zaman ölkədə böyük rezonansa səbəb olmuşdur.

Səudiyyə Ərəbistanının Ali və Apelyasiya Məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir.

Femida.az

Açar sözlər:

Oxunub: 1999