Qaynar yağ azyaşlının üstünə töküldü


14:11     19 Oktyabr 2016 big_1419502316_usaq.jpg

Tovuzda 3 yaşlı uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Rayonun Dönük Qırıqlı kənd sakini, 2013-cü il təvəllüdlü Gülay Dinar qızı Musayeva bədənin 2 və 3-cü dərəcəli termiki yanığı xəsarəti ilə xəstəxanaya gətirilib.

Ona dərhal tibbi yardım göstərildikdən sonra Gəncədəki uşaq xəstəxanasına göndərilib.

Yaxınlarının bildirdiyinə görə, uşağın üstünə ərinmiş qaynar yağ dağılıb.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1339