Dağlıq Qarabağda muxtar respublika modeli – ŞƏRH


18:43     19 Oktyabr 2016 nagorno-karabakh.jpg

Prezident İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində bir sıra vacib məqamlara toxunub.


Prezident çıxışı zamanı Dağlıq Qarabağda muxtar respublika modelinin yaradılması ilə bağlı təklif irəli sürür:

“Yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”

Prezidentin irəli sürdüyü “muxtar respublika” məfhumunun özündə konkret nələri ehtiva etdiyini öyrənmək üçün politoloq Qabil Hüseynli ilə əlaqə saxladıq.

Politoloqun fikrincə, muxtar respubika statusu ən yüksək muxtariyyət formasıdır:

“Muxtar respublika muxtar vilayətdən daha yüksək status hesab olunur. Muxtar respublika idarəetmə formasında mərkəzi hakimiyyətlə vertikal surətdə bağlılıq olur. Bəzi məsələlərdə o cümlədən, maliyyə və daxili asayişin qorunması məsələsində yerli hakimiyyətə özünüidarə hüquqları verilir. Lakin müdafiə məsələləri, büdcəyə dotasiyaların göndərilməsi və s. bu kimi məsələlər mərkəzi hakimiyyətin sərəncamında qalacaq. Ümumiyyətlə, respublika statusu muxtar qurum statusunun ən yüksək formasıdır”.

Qabil Hüseynli bildirdi ki, Dağlıq Qarabağın statusu Naxçıvan MR-nın statusundan yüksək ola bilər:

“Yəqin ki, Dağlıq Qarabağın statusu Naxçıvan Muxtar Respublikasının statusundan fərqli olacaq. Bu fərqlilik əsasən daxili asayişin qorunması prosesində özünü göstərə bilər. Ola bilsin, Dağlıq Qarabağdakı idarəçilik ikili tabeçiliyə malik olsun. Yəni həm yerli hakimiyyət, həm də mərkəzi hakimiyyətə simvolik tabeçilikdən söhbət gedir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3091